Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda mühacir şair Almas İldırımın əziz xatirəsi anılıb

20.01.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin və Qax rayon MKS-nin birgə təşkilatçılığı ilə Azərbaycanın mühacir şairi Almas İldırımın anım gününə həsr olunmuş " Vətən həsrəti ilə bitən ömür" adlı videokonfrans keçirilib. Tədbirdə MKS-nin 1 , 2, 4 nömrəli şəhər kitabxanalarının və İlisu, Ağçay, Güllük, Əmbərçay, Qaratala, Almalı, Şıxlar, Marsan, Cəlayer, Qaşqaçay kənd kitabxana filiallarının əməkdaşları iştirak ediblər. Videokonfransda repressiya qurbanlarından biri, ömrünün sonuna qədər "Azərbaycan, mənim taxtım – tacım, oy!" deyən mühacir şairin həyat və yaradıcılığından söz açılıb və onun müəllifi olduğu şeirlər səsləndirilib.