Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

19.01.2021

Qax rayonunda rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31 ildönümünə həsr olunmuş “Azadlıq çarçıları” adlı videokonfrans keçirilib.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransı açan MKS-nin direktoru Güllü Əhmədova Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının apardığı azadlıq mübarizəsindən danışıb. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.

Çıxış edənlərdən İlisu, Ağçay, Güllük, Zəyəm, Qaratala, Cəlayir, Qaşqaçay, Almalı, Şıxlar kənd kitabxana filiallarının əməkdaşları qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıblar. Çıxışlarda qeyd olunub ki, 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunub. Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq, yaddan çıxarmayacaq, azadlıq, müstəqillik uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsini daim qəlblərdə yaşadacaqdır.