Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada Şəhid məzarlığı ziyarət olunub

05.01.2021

Xalqımızın yaddaşına əbədi həkk olunan 44 günlük Vətən müharibəsi artıq tarixə çevrildi. Bu müqəddəs müharibədə şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-Şəhid adına yüksələnlərin hər biri  xalqımızın and yerinə çevriliblər.  Onların xatirəsi vətəndaşlarımız və dövlətimiz tərəfindən daim əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır.

Belə tədbirlərdən biri Zaqatala şəhərində keçirilib. Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətənimizin ərazi bütünlüyü uğrunda canından keçmiş şəhidlərimin əziz xatirəsini yad etmək üçün şəhərdəki Şəhid məzarlığını ziyarət ediblər. Burada məzarların üzərinə qərənfillər düzülərək, şəhidlərin ruhlarına dualar oxunub.

Tədbirdə qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək  isə hər kəsin vətəndaşlıq borcudur.