Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabxanaçılar Oğuz rayon şəhidlər xiyabanını ziyarət ediblər

30.12.2020

Oğuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları Oğuz rayon Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Oğuz şəhidlərini ziyarət ediblər. Ziyarət zamanı Birinci və İkinci Qarabağ Müharibəsi zamanı şəhadətə yüksələn Oğuz igidlərinin əziz xatirəsi hörmətlə anılıb.

Tədbirdə iştirak edən, Şəhid Anar Əliyevin atası Talıb Əliyev oğlu ilə bağlı xatirələrini ziyarətçilərlə bölüşüb. Qeyd olunub ki, şəhidlərimizin və qazilərimizin qanı bahasına alınan torpaqlarımızda yenidən həyat dirçələcək, Azərbaycan xalqı öz əzəli əbədi yurd yerlərində firavan yaşayaraq, şəhidlərimizin əziz xatirəsi isə həmişə uca tutulacaqdır.