30.12.2020
Oguz rayonunun Sincan kəndində Qarabağın erməni işğalından azad olunması uğrundakı döyüşlərdə Şəhid olmuş Məmmədov Tural Arif oğlunun döyüş yoluna həsr olunmuş onlayn görüş təşkil olunub.
Görüş zamanı bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Sincan kənd kitabxanasının müdiri Ramiyyə Əzizova Şəhidin həyat və döyüş yolu ilə baglı ətraflı məlumat verib. Sonra Şəhidin atası Arif Məmmədov, bacısı Şəfəq Məmmədova, əmisi oğlu Ruslan Məmmədov, qaynı Cavid Mehdiyev, Tərkəş kənd tam orta məktəbin məzunu, Mingəçevir Dövlət Universitetinin 4-cü kurs tələbəsi Səma Salamzadə, Şamaxı rayon YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova, müəllim Çimnaz Qasımova çıxış edərək, Tural haqqında xatirələrini danışıb, ruhuna dualar oxuyub, əzizlərinə Ulu Tanrıdan səbrlər diləyiblər.
Tədbirin sonunda həvəskar vətənpərvər oxucuların ifasında Vətənə, şəhid anasına, Qarabağa, əsgərə, şəhid qardaşa ithaf edilmiş şeirlər səsləndirilib.