Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Həmrəy qazanılan qələbə” mövzusunda onlayn konfrans keçirilib

29.12.2020

Zaqatalada rayon Heydər Əliyev Mərkəzinin və Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Həmrəy qazanılan qələbə” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Mərkəzin əməkdaşı Aynurə Tahirzadə açaraq, 44 günlük müharibə zamanı Azərbaycan xalqının hər kəsə nümunə olan həmrəyliyindən bəhs edib. Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı İlkin Həbilov qurumun gənclərlə birgə gördükləri işlərdən danışıb. Daha sonra Mərkəzin əməkdaşı Çiçək Rəsulova ölkəmizdə xalq və iqtidar birliyinin formalaşmasının əsas banisi Ümummlli lider Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verib.