Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda Şəhid ailəsi ilə görüş təşkil olunub

29.12.2020

Vətənimizin azadlıgı, müstəqilliyi, ərazi bütövlüyü, bayragı uğrunda öz əziz canını fəda edərək, şəhid olanları daim yaşatmaq və tanıtmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.

Bu münasibətlə Oğuz rayon Sincan kənd kitabxanasının müdiri Ramiyyə Əzizovanın təşəbbüsü ilə Qarabağın işğaldan azad olunması uğrundakı müharibədə qəhrəmanlıqla döyüşərək, Şəhidlik zirvəsinə yüksələn, Oğuz rayon Sincan kənd şəhidi Nuralıyev Elşən Rövşən oğlunun ailəsi ilə görüş təşkil olunub.

Görüşdə ziyarətçilər Azərbaycanın və Türkiyənin bayraqları ilə bəzədilmiş otaqda Elşənin xatirəsinə həsr olunmuş stendlərlə, xatirə hədiyyələri və fotolarla tanış olmuş, onun əziz ruhu ehtiramla yad edilmişdir. Çıxışlarda Elşənin vətənpərvər, zəhmətkeş, ailəsinin və elinin qeyrətini ləyaqətlə daşıyan övlad olduğu qeyd olunub.

Sonra ordu sıralarından yeni tərxis olunmuş, döyüşlərdə iştirak etmiş əsgər, Sincan kənd sakini İntiqam Nəbiyev ailəyə təsginlik verərək, Vətən müharibəsində igid oğlanlarımızın qəhrəmanlıqlarından, döyüş əzmindən, birliyindən, qorxmazlığından danışıb. Bildirilib ki, Elşənin timsalında bütün Şəhidlərimizin əziz ruhları Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.