Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Xilaskar Prezidentimiz, Müzəffər Ordumuz” adlı videokonfrans keçirilib

20.12.2020

Zaqatalada rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Böyük qələbəmizə həsr olunmuş “Xilaskar Prezidentimiz, Müzəffər Ordumuz” adlı videokonfrans keçirilib. Videokonfransda ilk öncə Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri MKS-nin  direktoru Gülniyar Məmmədova açaraq, qazanılan qələbədə Ali Baş Komandan, ordu, xalq birliyindən bəhs edib, qələbənin dünyəvi əhəmiyyətindən danışmışdır.  Sonra çıxış edənlər tərəfindən ölkə başçısı İlham Əliyevin Ali Baş Komandan olaraq uğurlu idarəçiliyi nəticəsində ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini, bu uğurlu hərbi əməliyyatların siyasət masasında qazanılan uğurla möhürləndiyini vurğulayıblar. Daha sonra Kənd kitabxana filiallarının əməkdaşları çalışdıqları kənd filiallarının ərasisindəki  şəhid və qazilər haqqında topladıqları məlumatlar ətrafında danışıblar.