Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkili rəssam Qarabağda şəhid olan qəhrəmanın portretini yaradıb

16.12.2020

44 gün davam edən Vətən Müharibəsi başa çatdıqdan sonra ölkəmizin hər yerində suverenliyimiz və ərazi bütövlüyümüz uğrundakı mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilir.

Bu baxımdan şəkili rəssam, Şəki şəhər Uşaq İncəsənət məktəbinin müəllimi Səbuhi Məmmədov Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşmuş şəhid Toğrul Nağıyevin rəsmini  canlandırıb.

Rəssam bu yaradıcılıq silsiləsindən daha çox portretləri işləyəcəyini qeyd edib.