24.09.2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Balakən rayonunun mədəniyyət müəssisələrində sanitar-dezinfeksiya işləri davam etdirilir.
İnfeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq 1 saylı şəhər Sənətkarlıq klubu, Talalar kənd Sənətkarlıq evi, Qaysa kənd vəTülü kənd Folklor evləri yenidən dezinfeksiya olunub.