Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Tarix-diyarşünaslıq muzeyində ”Vətənin keşiyində” adlı videokonfrans keçirilib

24.09.2020

Oğuz rayon Tarix-diyarşünaslıq muzeyində "Vətənin keşiyində" adlı videokonfrans keçirilib. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və əsgəri xidmətdən tərxis olunmuş gənclər və çağırışçı yeniyetmələr iştirak ediblər. Konfransda əsasən Azərbaycanın cəbhə bölgələrində, xüsusilədə Tovuz istiqamətində baş verən hadisələr, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması məsələləri, Azərbaycanımızın bütövlüyü uğrunda mübarizəyə dair məsələlər müzakirə edilmişdir.