Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Şirvanlı kənd kitabxanasında ”Əsgərə salam” layihəsi həyata keçirilib

23.09.2020

Oğuz rayon Şirvanlı kənd kitabxanasında Heydər Əliyev fondunun və Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin təşkil etdiy "Əsgərə salam" layihəsi həyata keçirilib. Layihəyə kitabxananın kiçik yaşlı oxucuları qoşulublar. layihənin məqsədi hər kəsin səngərdə Vətəni qoruyan əsgərlərə dəstək olduqlarını, silahlı qüvvələrə olan yüksək etimadını nümayiş etdirməkdən ibarət olub. Bu addım ordumuzun gücünü, xalqla birliyini, müqəddəs amal uğrunda həyatını qurban verən şəhidlərin ruhuna ehtiramın bariz ifadəsi olduğunu göstərib.