Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin videokonfrans formatında iclası keçirilib

22.09.2020

Şəki Regional Mədəniyyət İdarəsinin növbəti iclası keçirilib. Regional İdarənin və idarənin əhatə dairəsində olan rayonların baş məsləhətçiləri və müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans formatında keçirilən iclasda yeni tədris ilinin başlanması və digər aktual məsələlər müzakirə olunub.

İlk öncə çıxış edən, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova Uşaq Musiqi və Uşaq İncəsənət məktəblərində dərslərin başlanması və yeni tədris ilində dərslərin pademiya dövrünə uyğun aparılması qaydaları barədə danışıb.

Sonra son həftə ərzində Şəki şəhərindəki sanitar-epidemioloji vəziyyət, mədəniyyət müəssisələrində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işlərinin intensivləşdirilməsi, hazırlanan videoçarxların və onlayn tədbirlərin keyfiyyətinin yüksəldilməsi kimi cari məsələlərə toxunulub.

İclasın sonunda müvafiq qərarlar qəbul edilib.