Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə ”Sülh inkişafın təməlidir” mövzusunda videokonfrans keçirilib

21.09.2020

21 sentyabr Beynəlxalq Sülh günüdür.Bu münasibətlə Şəki şəhərindəki ev muzeylərinin təşkilatçılığı ilə "Sülh inkişafın təməlidir" mövzusunda videokonfrans keçirilib.

Videokonfransı R.B.Əfəndiyevin ev muzeyinin direktoru V.Qasımzadə açaraq bildirib ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Sonra S.Rəhmanın ev muzeyinin direktoru P.İsgəndərova çıxış edərək, silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh Gününün diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb etdiyini vurğulayıb. Qeyd olunub ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar.