Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda “21 sentyabr-Beynəlxalq Sülh Günü” münasibətilə videokonfrans keçirilib

18.09.2020

“21 sentyabr - Beynəlxalq Sülh Günü” münasibətilə Ombudsmanın Şəki Regional Mərkəzinin  təşəbbüsü, Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Oğuz rayon Gənclər və İdman İdarəsi, Oğuz MKS, Oğuz Tarix-diyarşünaslıq muzeyi və Oğuz Mədəniyyət Mərkəzinin nümayəndələrinin iştirakı ilə “Dünyanı sülh xilas edəcək” adlı videokonfrans keçirilib.

Videokonfransı açıq elan edən Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova 21 sentyabr - Beynəlxalq Sülh gününün mahiyyəti haqqında məlumat verdikdən sonra  Ombudsmanın Şəki Regional Mərkəzinin direktoru Pərviz Məmmədovun geniş məruzəsi dinlənilib. Daha sonra Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şaiq Rüstəmov, Tarix-diyarşünaslıq Muzeyinin direktoru Arizə Xudiyeva mövzu ətrafında çıxış ediblər. Videokonfrans  “Sülh bəşəriyyətin malik olduğu ən qiymətli vasitədir” adlı videoçarxın nümayişi ilə başa çatıb.