17.09.2020
Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında "Nağıl saatı" təşkil olunub. Tədbirdə azyaşlı oxucular üçün Azərbaycanın və müxtəlif ölkələrin xalq nağıllarından ibarət nümunələr səsləndirilib. Sonra uşaqların maraq dünyasına aydınlıq gətirmək, zehni inkişafını təmin etmək məqsədilə kitabxana müdiri Aybəniz Abdullayeva sual-cavab viktorinası keçirib.
"Nağıl saatı" balacalar tərəfindən maraqla qarşılanıb.