11.09.2020
Zaqatala rayon Gənclər və İdman idarəsi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq, gənclər arasında sağlam həyat tərzi (narkomanya, tütün, alkaqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirici videokonfrans təşkil edilib.
Videokonfransda Rayon Gənclər İdman idarəsinin rəisi Araz Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, fəal gənc Nailə Hacıyeva və digər könüllü gənclər çıxış ediblər. Çıxışlar zamanı gənclər arasında, xüsusən də hazırkı vəziyyətdə sağlamlığın qorunması, sağlam həyat tərzinin təbliği, gənclərin sağlam ruhda tərbiyə olunması, onların idman sağlamlıq və intellektual fəaliyyətə cəlb olunması kimi önəmli sahələrə toxunulub.