10.09.2020
Oğuz rayon MKS-nin Mərkəzi Kitabxanasında MKS-nin direktoru Səhər Mikayılova, Mərkəzi kitabxananın metodisti Aybəniz Əliyeva və İnformasiya resurs şöbəsinin müdiri Mehparə Bəkirovanın iştirakı ilə kitabxana filiallarının əməkdaşlarına əlamətdar və tarixi günlərin qeyd olunması, keçiriləcək tədbirlər və görüləcək işlərlə bağlı metodiki tövsiyələr verilib. Sonra filial əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir qüvvədə olan karantin qaydalarına əməl olunmaqla həyata keçirilib.