Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin Baş Zəyzid kənd Sənətkarlıq evi yenidən dezinfeksiya edilib

09.09.2020

Şəki şəhəri və rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Baş Zəyzid kənd Sənətkarlıq evində təkrar dezinfeksiya işləri aparılıb.

Eyni zamanda müəssisənin əməkdaşlarına və ətraf ərazidə yaşayan sakinlərə qoruyucu maskalardan istifadə edilməsinin, sosial məsafənin qorunmasının və şəxsi gigiyenaya əməl olunmasının vacibliyi izah edilib.