07.09.2020
Bəxtiyar Vahabzadənin ev muzeyinin əməkdaşları əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun ev muzeyini ziyarət ediblər. Qəhrəmanın oğlu Cavanşir Cəbrayılov ziyarətçiləri muzeylə tanış edib və atasının Böyük Vətən müharibəsində və Fransa Müqavimət Hərəkatındakı döyüş yolundan danışıb.
Muzeydəki dəyərli eksponatlarla tanışlıq və verilən məlumatlar ziyarətçilər tərəfindən məmnunluqla qarşılanıb.