07.09.2020
Şəki şəhərində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində təkrar dezinfeksiya işləri aparılıb.
Eyni zamanda məktəbin əməkdaşlarına və ətraf ərazidə yaşayan sakinlərə qoruyucu maskalardan istifadə edilməsinin, sosial məsafənin qorunmasının və şəxsi gigiyenaya əməl olunmasının vacibliyi izah edilib.