05.09.2020
Şəki şəhər Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə növbəti videokonfrans keçirilib.
Videokonfransda MKS-nin direktoru Seyid Vahabov sentyabr ayındakı əlamətdar günlər, yubileylər haqqında məlumat verərək, həmin tədbirləri özündə əks etdirən videoçarxların, onlayn tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra kitabxana filiallarında dezinfeksiya işlərinin aparılmasının vəziyyəti və digər cari məsələlər müzakirə edilib.