04.09.2020
Şəki Regional Mədəniyyət İdarəsinin növbəti şura iclası keçirilib. Regional İdarənin və idarənin əhatə dairəsində olan rayonların müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans formatında keçirilən iclasda xüsusi karantin rejimi dövründə idarənin fəaliyyəti geniş şəkildə müzakirə edilib.
İlk öncə çıxış edən, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova xususi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejminin Azərbaycan Respublikasi Nazirlər Kabneti yanında yaradılmış Operativ Qərargah tərəfindən təqdim olunan sosial davranış və sanitar-epidemioloji qaydalara uygun olaraq həyata keçirildiyini qeyd edib. Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 03 mart 2020-ci il tarixdən etibarən müvafiq qərar və sərəmcanlara ciddi əməl edilmiş, təhsil müəssisələrində tədris, təlim-tərbiyyə prosesi dayandırılmış və bütün mədəni-kütləvi tədbirlər təxirə salınmışdır.
Sonra M.F.Axundov adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru, şura üzvü Aqaəli Cəlilov, Zaqatala rayonu üzrə böyük mühasib Kənan Ramazanov, Balakən rayonundan Ramazan Çobanov və Qax rayonundan Feyzullah Həşimov çixiş edərək, Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəni-maarif müəssisələrində maliyyə-təsərrüfat fəaliyyətinin mövcud şəraitə uygunlaşdırılması, mərkəzləşmiş mühasibatda maliyyə-uçot intizamına riayət olunması sahəsində görülmüş işlər barədə danışıblar.
Yığıncağın sonunda müvafiq qərarlar qəbul edilib.