Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda videokonfrans keçirilib

31.08.2020

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Qax rayon MKS-nin direktoru Güllü Əhmədova, Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Qax Günərzi Qayğı Mərkəzinin rəhbəri Sofiya Süleymanova, Şəki RMİ-nin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova və başqaları iştirak ediblər.

Konfransı giriş sözü ilə Qax Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova açaraq, mövzu ətrafında çıxış edib. Sonra fond mühafizi Arzu Dunusovanın “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda məruzəsi dinlənilib. Daha sonra iştirakçılar Azərbaycan milli mentalitetində ailə institutunun necə böyük dəyər olduğu barədə fikirlərini bölüşüblər.