26.08.2020
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Yaqublu kənd kitabxanasının müdiri Aidə Əhmədovanın təşkilatçılığı ilə “Açıq kitabxana günü” keçirilib.
Kitabxananın həyətində təşkil olunmuş tədbirdə avqust ayında yubileyləri qeyd olunan şair və yazıçılardan B.Vahabzadənin, F.Qocanın, Ə.Hacızadənin Ə.İldırımoğlunun, İ.Əfəndiyevin və həmçinin xarici yazıçılardan J.Vernin, C.Kuperin və İ.Stounun kitabları sərgilənərək, oxuculara təqdim olunub.