Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəşid bəy Əfəndiyevin Şəkidəki ev muzeyində təkrar dezinfeksiyaedici tədbirlər aparılıb

25.08.2020

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Koronavirus (COVİD-19) pandemiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə Rəşid bəy Əfəndiyevin Şəki şəhərindəki ev muzeyində təkrar dezinfeksiyaedici tədbirlər aparılmışdır.

Eyni zamanda  Nazirlər Kabineti yanında Baş Qərargahın təlimatı əsasında muzeyin rəhbərliyi tərəfindən əməkdaşlara şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.