23.08.2020
COVİD-19 pandemiyası və Respublika ərazisində elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq biri-birindən çox uzaq məsafədə yerləşən Heydər Əliyev Mərkəzlərinin əməkdaşlığının möhkəmləndirilməsi və təcrübə mübadiləsi baxımından Zaqatala rayon Heydər Əliyev Mərkəzinə Zərdab rayon Heydər Əliyev Mərkəzinin ilk dəfə virtual ekskursiyası təşkil olunub.
“Zoom” proqramı vasitəsilə keçirilən ekskursiyada Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov səyahətçiləri salamlayaraq, Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra qonaqlar Zaqatala rayon Heydər Əliyev Mərkəzindəki dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Daha sonra Mərkəzdə fəaliyyət göstərən dərnəklər haqqında məlumat verilib. Ekskursiyanın sonunda Zaqatala rayonu haqqında videoçarx nümayiş olunub.
Növbəti ekskursiyada isə Zaqatala rayon Heydər Əliyev Mərkəzi Zərdab rayon Heydər Əliyev Mərkəzinə səyahət edib.