23.08.2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Oğuz şəhərinin və rayonunun mədəniyyət müəssisələrində sanitar-dezinfeksiya işləri davam etdirilir.
İnfeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq Oğuz rayon Tarix-diyarşünaslıq muzeyi yenidən dezinfeksiya olunub.