22.08.2020
Oğuz rayon MKS-nin Xalxal kənd kitabxana filialının müdiri Afaq Qasımovanın təşkilatçılığı ilə kəndin Tibb məntəqəsində səyyar kitabxana xidməti göstərilib. Xidmət zamanı tibb işçilərinə onları maraqlandıran kitablar təqdim olunub və Xalq şairi Fikrət Qocanın 85 illik yubleyi ilə əlaqədar ətraflı məlumat verilib, onun şeirlərindən nümunələr səsləndirilib.