22.08.2020
Oğuz rayon Mərkəzi kitabxananın təşkilatçılığı ilə MKS və Oğuz rayon Mədəniyyət Mərkəzi əməkdaşlarının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin sədri Anar Hüseynovun və kitabxananın fəal oxucularının iştirakı ilə “Pandemiya dövründə karantin rejimi qaydalarına hər bir vətəndaş əməl etməlidir” mövzusunda videokonfrans keçirilib.
Konfransda pandemiya ilə mübarizə çərçivəsində ölkədə, həmçinin rayonda görülən işlər haqqında ətraflı məlumat verilib. Bununla yanaşı Nazirlər Kabineti yanında yaradılmış Xüsusi Qərargahın bütün tövsiyələrinə əməl etməyə çağırışlar səsləndirilmişdir.