21.08.2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəki şəhərinin və rayonunun mədəniyyət müəssisələrində sanitar-dezinfeksiya işləri davam etdirilir.
İnfeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən M.S.Əliyev adına Diyarşünaslıq klubu yenidən dezinfeksiya olunub.