Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş videokonfrans keçirilib

21.08.2020

Şəki Regional Mədəniyyt İdarəsinin Qax rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Dilarə Əzizovanın təşkilatçılığı ilə əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunmuş videokonfrans keçirilib. Tədbiri Dilarə Əzizova açaraq, Əhmədiyyə Cəbrayılovun 100 illk yubileyi münasibətilə ölkə Prezidentinin 11 avqust 2020-ci il Sərəncamını iştirakçıların nəzərinə çatdırıb. Sonra Əhmədiyyə Cəbrayılovun həyatı və müharibədə göstərdiyi qəhrəmanlıqları haqqında məlumat verilib.

Digər çıxış edənlər, Mərkəzi kitabxananın direktoru Güllü Əhmədova, Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Heydər Əliyev Mərkəzinin fond müdiri Arzu Dunusova və digərləri Əhmədiyyə Cəbrayılovun müharibədəki qəhrəmanlıqlarından söhbət açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamını alqışladıqlarını və mədəniyyət müəssisələrində Sərəncama müvafiq olaraq tədbirlərinhəyata keçiriləcəyini bildirdilər.