21.08.2020
Şəkinin muzey müəssisələrində İkinci Dünya müharibəsinin qəhrəmanı Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə videokonfrans keçirib.Videokonfransda "Oğluna mirası qəhrəmanlığıdır" mövzusu ətrafında həm Əhmədiyyə Cəbrayılovun, həm də onun oğlu, Azərbaycan Respublikasının Milli qəhrəmanı, Qarabağ uğrundakı döyüşlərdə şəhid olmuş Mikayıl Cəbrayılovun qəhrəmanlıq yolu haqqında mühazirələr dinlənilib.