Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon MKS-də növbəti videokonfrans keçirilib

20.08.2020

Qax rayon MKS-də filial kitabxanalarının iştirakı ilə videokonfrans keçirilib. Videokonfransda mövcud problemlərə toxunulmuş, görüləcək işlər və yeni lahiyələr müzakirə edilmiş, yeni fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Mərkəzi kitabxananın direktoru Güllü Əhmədova konfransı açaraq, pandemiya dövründə kitabxanaların vəzifələri haqqında bir daha məlumat vermişdir. Bildirilib ki, onlayn çıxışlar, videoçarxlar hazırlayarkən dövrlə sələşən, müasir tələblərə cavab verən mövzulara üstünlük verilməlidir. Yazıçı və şairlərin, tanınmış dövlət xadimləri, Vətənin azadlığı və bütövlüyü uğrunda vuruşan, şəhid olan qəhrəmanlar haqqında çıxışlara daha çox yer verilməli, keyfiyyətə diqqət yetirilməlidir.

Mərkəzi kitabxananın direktor müavini Ahidə Əfəndiyeva isə Prezident sərəncamları daim diqqət mərkəzində saxlanılmasını tövsiyə edib. Çıxışda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2020–ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun və bu gün ölkə Prezidentinin digər sərəncamı ilə Həsən Seyidbəylinin 100 illik yubileyi ilə bağlı sərəncamların icrası ilə bağlı bütün kitabxanalarda yubiley tədbirlərinin keçirilməsi, qəhrəmana həsr olunmuş videoçarxların hazırlanması önə çəkilməlidir.

Sonra İnformasiya resurs şöbəsinin müdiri Əsli İbrahimova, proqramçı Elvin Əzimov, Avtomatlaşdırma şöbəsinin müdiri Aytən Məhyəddinova, Şəhər 2 nömrəli kitabxana filialının müdiri Leyla Yusifli, 4 nömrəli şəhər kitabxana filialının müdiri Yasəmən Muradova, Ağçay kənd kitabxanasının kitabxanaçısı Sevinc Abakarova, Qum kənd kitabxanasının multimedia mütəxəssisi Sənubər Rəhimova, Güllük kənd kitabxana filialının müdiri Gülbəniz Hüseyinova, Zəyəm kənd kitabxana filialının multimedia mütəxəssisi Hafizə Rəsulova, Almalı kənd kitabxana filialının multimedia mütəxəssisi Leyli Allahverdiyeva, Cəlayir kənd kitabxana filialının müdiri Çeşminaz Əhmədova, Əmbərçay kənd kitabxanasının böyük kitabxanaçısı Gülmayə Məmmədova və Şıxlar kənd kitabxanasının böyük kitabxanaçısı Kəmalə Əmrahova təklif və əlavələrlə çıxış  ediblər.