Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki MKS-də “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda videokonfrans keçirilib

19.08.2020

Şəki MKS-nin təşkilatçılığı ilə “18 avqust - Sərhəd Qoşunları Günü" ilə bağlı “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Şəki şəhər Mərkəzi kitabxanasının və kitabxana filiallarının əməkdaşları  iştirak ediblər.

Videokonfransı Şəki şəhər Mərkəzi kitabxanasının İnformasiya resurs şöbəsinin müdiri Kəmalə İsmayılova açaraq, çıxış edib. Qeyd olunub ki,  müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir. Bildirilib ki, Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir.