Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin Oxud kənd Folklor evi yenidən dezinfeksiya edilib

18.08.2020

Şəki rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə rayonun  Oxud kənd Folklor evində təkrar sanitar-dezinfeksiya işləri aparılıb.

Eyni zamanda müəssisənin əməkdaşlarına və ətraf ərazidə yaşayan sakinlərə qoruyucu maskalardan istifadə edilməsinin, sosial məsafənin qorunmasının və şəxsi gigiyenaya əməl olunmasının vacibliyi izah edilib.