17.08.2020
Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxanasında “Açıq kitabxana günü” keçirilib. Tədbirdə müxtəlif dövrlərdə kitabxananın fonduna daxil olmuş kitablar, o cümlədən bu il yubileyi qeyd olunan şair və yazıçılardan S.Ə.Şirvani, N.Süleymanov, F.Qocanın, həmçinin Xalq şairi B.Vahabzadənin kitabları nümayiş olunub. Gün ərzində kitabxanaya gələn oxucular bu kitablarla tanış olublar və onlara yubileyi olan şair və yazıçılar haqda məlumatlar verilib,
Kitabxananın xidmətindən istifadə edən oxucular eyni zamanda B.Vahabzadənin 95 illik yubileyi ilə əlaqədar tərtib olunmuş “Azərbaycanın Bəxtiyarı”, şəhidlərə həsr olunmuş “Vətən sənə oğul deyib”, “N.Nərimanov-150”, “Ə.B.Haqverdiyev-150” və kitabxanada olan digər sərgilərlə tanış olublar.