17.08.2020
Zaqatala rayon Heydər Əliyev Mərkəzində koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə yenidən dezinfeksiya işləri aparılıb. Mərkəzin bütün sahələri, təmas edilə biləcək səthlər dezinfeksiya edilib və Mərkəzin girişində xüsusi dezinfeksiya məhlulları qoyulub. Heydər Əliyev Mərkəzində infeksiya əleyhinə tədbirlər mütəmadi olaraq təkrarlanır.