15.08.2020
Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında "12 avqust - Beynəlxalq Gənclər Günü" ilə bağlı videokonfrans keçirilib.
Videokonfransda Oğuz rayon MKS-nin direktoru Səhər Mikayılova və bir qrup kitabxana əməkdaşı, Şəki Regional Mədəniyyət idarəsinin məsləhətçisi Elvin Qarayev, MDU-nin tələbələri və fəal oxucular iştirak ediblər.
Tədbiri kitabxanaçı Aybəniz Abdullayeva açaraq, gənclərin cəmiyyətdəki rolundan danışıb. Oğuz rayon MKS-nin direktoru Səhər Mikayılova gənclərin fəaliyyətini qiymətləndirərək, ölkəmizdə gənclərə hər zaman böyük dəstək göstərildiyini qeyd edib. Oğuz rayon Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin oxu zalının müdiri İlhamə Rəhmətullayeva çıxışında gənclərin hər sahədə inkişafı üçün dövlət dəstəyinin olduğunu bildirərək, müasir dövrdə gənclərin fəallığının artırılması istiqamətində Prezident İlham Əliyevin qayğısını xüsusilə qeyd edib. Sonra Oğuz rayon Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova illər ərzində Azərbaycanda gənclər üçün yaradılmış mövcud şəraitlə bağlı danışıb və Azərbaycanın müstəqillik əldə etdikdən sonra gənclərin rolunun artırılması, siyası həyatda da gənclər üçün yeni mərhələnin başlandığını qeyd edib. Şəki Regional Mədəniyyət idarəsinin məsləhətçisi Elvin Qarayevin çıxışı ilə tədbir yekunlaşıb.