Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunun mədəniyyət müəssisələrində sanitar-dezinfeksiya işləri davam etdirilir

14.08.2020

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejiminin tətbiq olunduğu dövrdə Balakən rayonunun mədəniyyət müəssisələrində COVID-19 virusun yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik tədbirlər davam etdirilir.

Növbəti dezinfeksiyaedici tədbirlər rayonun Hənifə kənd Diyarşünaslıq evində, Qaysa kənd Folklor evində və 2 saylı şəhər Diyarşünaslıq klubunda aparılıb.

Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.