Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon MKS-də Beynəlxalq Gənclər Gününə həsr olunmuş vidokonfrans keçirilib

14.08.2020

Balakən rayon MKS-nin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş vidokonfrans keçirilib. Videokonfransda MKS-in şöbə və kənd kitabxana filiallarının müdirləri, fəal gənc oxucular və könüllülər iştirak ediblər.

Tədbiri giriş sözü ilə MKS-in direktoru Məryəm xanım Tağıyeva açaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət Gənclər siyasətiunin priroritet istiqamətlərindən söhbət açıb və bu bayram münasibətilə gəncləri və konfrans iştirakçılarını təbrik edib.

MKS-in Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mehriban Cuxova, Məlikzadə kənd kitabxana filialının müdiri Şəfiqə Məmmədova, Sarıbulaq kənd kitabxanasının gənc oxucusu Fatimə Qarayeva, İtitala kənd kitabxanasının fəal könüllüsü Rəşad Musayev, Uşaq şöbəsinin fəal oxucusu Günel Cavadqızı, Xumar Murtuzova və başqaları çıxışlarında dövlətin gənclərə olan diqqət və qayğısı haqqında danışıb, ölkəmizin inkişafı naminə öz əməli işləri ilə hazır olduqlarını qeyd ediblər.