13.08.2020
Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi, baş məsləhətçi Dilarə Əzizovanın təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə “Sabahımız gənclıklə gələcək” adlı videokonfrans keçirilib. Videokonfransda Dilarə Əzizova gəncləri təbrik edərək, Respublikamızda müstəqillik əldə olunduqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən gənclərin təşkilatlanması, onların cəmiyyətin inkişafında rolunun artırılması məqsədilə gördüyü işlərdən danışıb. Çıxışda rayonun mədəniyyət sahəsində gəncləşmənin getdiyini, son illər vakansiyalara gənc və ixtisaslı kadrların yerləşdirildiyini bildirib.
Sonra Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova gəncləri təbrik edərək, onların bugünkü cəmiyyətin inkişafındakı rolundan danışıb. Gənclər adından çıxış edən Heydər Əliyev Mərkəzinin fond müdiri Arzu Dunusova, Zəyəm kənd mədəniyyət evinin bədii rəhbəri Hökumə Əhmədli, Ağçay kənd kitabxanasının kitabxanaçısı Sevinc Abakarova, Rayon Tarix Diyarşünaslıq Muzeyinin bələdçisi Nərgiz Həsənova, İsmayıl Dağıstanlının Xatirə muzeyinin fond müdiri Həlimə Muxtarova təbriklərə görə təşəkkürlərini bildirərək, mədəniyyətimizin inkişafında öz töhfələrini verəcəklərini qeyd ediblər.