Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə videokonfrans keçirilib

13.08.2020

Oğuz rayonunda 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə  geniş  videokonfrans keçirilib. Videokonfransda Oğuz rayon Gənclər və İdman İdarəsinin, Oğuz rayon Heydər Əliyev Mərkəzinin,  YAP Gənclər Birliyinin Oğuz rayon təşkilatının, Dini qurumlarla iş üzrə dövlət komitəsinin Oğuz rayon təşkilatının, Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin, Rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları və fəal gənclər iştirak ediblər. Tədbirdə 12 avqust Beynəlxalq Gənclər Gününün tarixi əhəmiyyəti haqqında geniş məlumat verən, Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova bildirib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də bir çox ölkələri, o cümlədən beynlxalq aləmi qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə  Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust- Beynəlxalq Gənclər Günü elan edilib.Ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.

Sonra mövzu ətrafında Oğuz rayon Gənclər və İdman İdarəsinin müdiri Ramiz Mahmudov, YAP Gənclər Birliyinin Oğuz rayon Təşkilatının sədri Elşən Alcansoy, Dini qurumlarla iş üzrə dövlət komitəsinin Oğuz rayon təşkilatının sədri Samir Salehov və MKS-nin əməkdaşı Mehparə Bəkirova çıxış ediblər.