13.08.2020
12 avqust Beynəlxalq Gənclər Günüdür. Bu münasibətlə Oğuz rayon MKS-nin Sincan kənd kitabxanası və Folklor klubunun birgə təşkilatçılığı ilə gənclərlə görüş təşkil edilib.Tədbirdə Sincan kənd kitabxanasının müdiri R.Əzizova, Sincan kənd İcra Nümayəndəsi A.Məcidov, İN-nin əməkdaşı C.Məmmədov, Sincan kənd Bələdiyyə sədrinin müavini E.Hüseynov , kəndin fəal gənclərindən X.Hüseynov, S.Həsrətova, Folklor klubunun təşkilatçısı D.Əzizov iştirak ediblər.
Yığıncaqa çıxış edənlər müasir gəncliyimiz və dövlət siyasətində gənclərimizin rolundan, kəndin ictimai siyasi həyatında gənclərimizin iştirakından danışmış və mövzu ətrafında müzakirələr aparılmışdır.