Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə videokonfrans keçirilib

12.08.2020

Avqustun 12-də “Beynəlxalq Gənclər günü” münasibətilə Şəki Gənclər və İdman idarəsi, Şəki şəhər Heydər Əliyev Mərkəzi və MİHİ Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə onlayn videokonfrans keçirildi.  Bildiyimiz kimi 1998-ci il 12 avqust tarixində Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada “Beynəlxalq Gənclər Günü” kimi qeyd olunması qərara alınıb. Bu gün BMT-nin qərarı ilə gənclərə lazımı diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunur. Konfransa giriş sözü ilə Şəki Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov başladı. O qeyd etdi ki, hər bir gəncin qarşısında ölkənin hərtərəfli uğurlu inkişafına  öz töhfəsini vermək kimi müqəddəs vəzifə vardır. Çünki nəsillər dəyişir, ölkələr inkişaf edir ancaq ənənələr, milli dəyərlər yaşamalıdır və yaşadılır. Gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərini, doğma ana dilimizi, ata-babalardan qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.  Daha sonra konfransda çıxış üçün söz Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşlarına və MİHİ Şəki rayon komitəsinin təlimatçısı Nəzakət Əliyevaya verildi. Onlar da öz çıxışlarında bildirdilər ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli  hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycan gəncləridir. Bugün Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin başlatdığı uğurlu gənclər siyasəti ölkəmizin  başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün ölkəmizdə müxtəlif istiqamətlərdə aparılan islahatlarla gənclərin irəli çəkilmələri, onlara yüksək etimadın göstərilməsi bunu bir daha sübut edir. Sonda Şəki Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov gənclərə gələcək həyatlarında uğurlar diləyərək konfransa yekun vurdu.