12.08.2020
12 avqust dünyada Beynəlxalq Gənclər günüdür. Bu məqsədlə Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxana filialında gənclərlə videogörüş təşkil edilib.
Tədbirdə ali məktəb tələbələri F.Xəlilli, S.Xəlilova, H.İbrahimxəlilova, orta məktəb şagirdləri, kitabxananın fəal oxucuları R.Abbasova, G.Əhmədova, G.Vəliyeva, Şirvanlı kənd kitabxanasının müdiri T.Xəlilova, Qumlaq kənd kitabxanasının müdiri R.Ağababayeva iştirak ediblər. R.Ağababayeva tədbiri açıq elan edərək, mövzu haqda qısa məlumat verib. Sonra məsələ ətrafında suallar səsləndirilib. İştirakşılar suallar əsaında məqsədlərinə necə nail olduqları haqda, qarşıya çıxan çətinliklərdən, asudə vaxtı necə keçirdikləri, sosial şəbəkələrə münasibətləri, hansı məqsədlə istifadə etdikləri, kitabla kompüterdən alınan bilik arasında fərq, müasir texnologiyanın üstünlükləri və mənfi cəhətləri , oxuduqları kitablar haqda fikirlərini bölüşüblər. Görüşün sonunda kitabxanaçı R.Ağababayeva gəncləri bir daha əlamətdar gün münasibətilə təbrik edərək, onlara tədbirdə iştirak etdklərii üçün təşəkkürünü bildirib.