Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Baş Daşağıl kənd filialında açıq kitabxana günü keçirilib

12.08.2020

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd filialında açıq kitabxana günü keçirilib.

Kitabxananın həyətində təşkil olunan "Açıq kitabxana"da oxucuların ən çox sevdiyi kitablar sərgilənib. Tədbirdə kitabxananın müdiri Aybəniz Abdullayeva bu il yubileyi olmuş yazıçı və şairlər haqqında danışaraq, sərgidə nümayiş olunan kitablar haqqında ətraflı məlumat vermişdir. Sonra Rəsul Rza , Bəxtiyar Vahabzadə və Zəlimxan Yaqubun şeirləri səsləndirilib. "Açıq Kitabxana" fəal oxucularla yanaşı kənd sakinlərinin də diqqətini çəkib.