Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə videokonfrans keçirilib

10.08.2020

S.Vurgun adına Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə videokonfrans keçirilib.  Klub müəssisələrinin rəhbərlərinin iştirak etdikləri konfransda Mərkəzin direktoru Kəmalə Məcidova həftə ərzində gorülmüş islər haqqinda məlumat verib, görülən işlərin kəmiyyət və keyfiyyətindən danışmışıb, hazırlanan vieoçarxların keyfiyyətinə diqqət yetirməyi tövsiyə edib və onlayn tədbirlərin keçirilməsinin vacib oldugunu vurğulayıb.

Sonra Almalı kənd mədəniyyət evinin direktoru Asim Əliyev, Güllük kənd mədəniyyət evinin direktoru Nəvai Əliyev, Ləkit kənd mədəniyyət evinin direktoru Yasəmən İsayeva və İlisu kənd mədəniyyət evinin direktoru Zemfira Əfəndiyeva çıxış edərək, keçirilən onlayn konfransların əhəmiyyətindən danışıblar.

Konfransda iştirak edən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova çıxışında dezinfeksiya işlərinin aparılmasının, onlayn tədbirlərin sayının artırılmasının günün vacib tələblərindən olduğunu bildirib və əmək intizamına ciddi əməl olunmasını tapşırıb.