Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Mərkəzi kitabxanasının təşəbbüsü ilə videokonfrans təşkil olunub

09.08.2020

Oğuz rayon Gənclər və İdman idarəsi və Oğuz rayon Mərkəzi kitabxananın birgə təşəbbüsü ilə “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” mövzusunda onlayn videokonfrans təşkil edilib.

Konfransda Oğuz Rayon İcra Hakimiyyətindən, Oğuz Rayon Mərkəzi Xəstəxanasından nümayəndələr, Oğuz rayon Mərkəzi kitabxanasının əməkdaşları, həmçinin fəal gənclər iştirak ediblər.

Tədbirdə COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı gənclərin arzu və təklifləri, həmçinin birgə mübarizə barədə fikirləri dinlənilib. Toplantını giriş sözü ilə Oğuz RGİİ-nin rəisi R.Mahmudov açaraq, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mübarizə tədbirlərindən, rayonumuzda bu istiqamətdə görülən işlərdən danışıb. Sonra Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova və digər iştirakçılar  çıxış ediblər.  Çıxış edənlər sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməyə çağırıblar.