Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunun yaranmasinin 90 illiyinə həsr olunmuş videokonfrans kecirilib

09.08.2020

Qax MKS-nin təşkilatçıligi ilə "Qədim Azəri yudu-Qax" adli videokonfrans kecirilib.

Qax rayonunun yaranmasinin 90 illiyinə həsr olunmuş konfransi MKS direktoru G.Əhmədova açaraq, "Nə gözəldi mənim Qaxim" adlı məruzəsini təqdim edib. Sonra A. Əfqndiyeva “Qaxli ziyalılarımiz”, Proqramçi Elvin Əzimov, şairə Solmaz Elqızı, Həlimə Muxtarova “Qax rayonunun flora və faunası” haqqında, şəhər 2 nomrəli kitabxana filialınin mudiri Leyla Yusifli, şəhər 4 nomrəli kitabxana filialının muduri Yasəmən Muradova “Qax abidələri” haqqında, multimedia mütəxəssisi Aygül Hacıyeva, Agçay kənd kitabxanasinin kitabxanaçisi Sevinc Abakarova “Qax mətbəxti” haqqında, Heydər Əliyev Mərkəzinin əməkdaşi Jalə Nəzirova, S.Vurgun adina Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, müəssisənin əməkdaşı Vüsalə Mustafayeva isə “Qax rayonu ədəbiyyatimizda”, Gunərzi Qaygı Mərkəzinin rəhbəri Səfiyyə Süleymanova “Qax rayonunun təbiəti” haqqıda çıxış ediblər. ŞRMİ-nin Qax rayon uzrə nümayəndəsi, baş məsləhətçi Dilarə Əzizova isə hamını salamlayaraq, şəhərin 90 il ərzində dəyişdiyini, inkişaf etdiyindən danışıb. Qeyd olunub ki, Qax haqqında məlumatları 45 dəqiqəlik  konfransla əhatə etmək mümkün deyil. Ancaq çıxış edənlər qısa, lakin konkret rəqəm və məlumatlarla rayonumuzu çox gözəl xarakterizə etdilər. Qaxımızın da Vətənimizin bütövlüyü uğrunda çox sayda Şəhid övladlarımız vardır. Bütün Şəhidlərimizə və Qax rayonunun Şəhid övladlarına Allahdan rəhmət diləyirəm. Gün o gün olsun ki, qələbə soraqlı tədbirlər hazırlayaq və gün o gün olsun ki, pandemiya şəraitindən azad olaq. Ulu Tanrı dünyamızı, Azərbaycanımızı, doğma Qaxımızı və hər birimizi qorusun.